YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı dövlətimizin bu mötəbər idman tədbirinə yüksək münasibətinin əyani sübutudur

«Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında iştirakı dövlətimizin Avropa Oyunlarına münasibətinin əyani sübutudur».  Bu fikri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, Prezident İlham Əliyevin təqdimat zamanı çıxışı ilk Avropa Oyunlarının əhəmiyyətini və dünyanın böyük idman bayramı olacağını bir daha göstərib. Onun sözlərinə görə, bu idman tədbirinin  hazırlığında bir çox ölkənin nümayəndəsinin vahid bir ailə olaraq Azərbaycanda çalışması ölkəmizin tolerantlıq məkanı olmasının ifadəsidir.

«Çıxışı zamanı cənab Prezident ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin iki əsas səbəbini açıqlayıb.  Dövlət başçısı deyib ki, idmançılarımızın Olimpiya, dünya və Avropa çempionatlarnda göstərdikləri nəticələr və ölkəmizin dinamik inkişafı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev çıxışında dünyaya çağırış etdi. O, ilk Avropa Oyunları zamanı dünyadakı bütün müharibələrin dayandırılmalı olduğunu vurğuladı. Bu, dünyaya mesaj idi və çox böyük əhəmiyyət kəsb edir. Dünya mütəxəssisləri və siyasətçiləri tərəfindən bu fikirlər böyük rəğbət və maraqla qəbul edildi. Cənab Prezidentin Avropa Oyunlarının standartlarının məhz Bakıda müəyyənləşdiriləcəyini, ölkəmizin çox sayda azarkeş və turistləri qəbul etməyə hazır olduğunu bildirməsi də çox əhəmiyyətlidir»- deyə, R.Abbasov deyib.

 

 

DİGƏR Xəbərlər Arxiv