YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar və əlil olan şəxslər hər birimiz üçün əziz və qiymətlidir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fondu dövlətimizin başçısının humanist prinsiplərə sadiqliyinin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan və fiziki sağlamlığını itirən insanlara qayğı və diqqətin təzahürüdür”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri  Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar və əlil olan şəxslər dövlət rəhbəri və vətəndaşlarımız üçün əziz və qiymətlidir. Dövlət bu insanlara daimi qayğı göstərir və onların adlarının əbədiləşdirilməsi, sağlamlıqlarının qorunması, həyatlarının yaxşılaşması üçün lazımi tədbirlər görülməkdədir.

Komitə sədrinin sözlərinə görə, bu günə kimi 9 minə yaxın şəhid ailəsinə və qazilərə evlər verilib, bu kateqoriyadan olan 7 mindən çox insan minik maşınları ilə təmin olunub: “Bu insanlara ildə bir dəfə sanatoriya – kurort müalicəsi üçün göndərişlər verilir, maddi yardımlar edilir və digər tədbirlərdə həyata keçirilir. Ancaq göründüyü kimi igid oğlan və qızlarımızın şücaətləri qarşısında bu azdır və cənab Prezidentin Fərmanı ilə yaradılan “YAŞAT” Fondu şəhid ailələrinin və qazilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır və bu insanların məişətinə, sağlamlığına xidmət edəcək. Hər bir Azərbaycan vətəndaşı fondun yaradılmasını alqışlayır və bunu ölkəmizin başçısının insan amilinə böyük dəyər verməsi kimi qiymətləndirir. Fondun fəaliyyətinin genişləndirilməsinə dəstək olmağı hər bir insan öznün şərəfli borcu hesab edir və sözsüz ki, bu qayğı şəhid və qazilərimizə olan sonsuz məhəbbətdən qaynaqlanır”.