YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcək

Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışında söyləyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycanın mübarizəsinə ilk günlərdən etibarən bütün qurum və təşkilatları ilə dəstək verib, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub.

“Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər aldıq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın qapanmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.