YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan dünyada özünü nüfuzlu idman ölkəsi kimi təsdiq edib

 «Azərbaycan dünyada özünü nüfuzlu idman ölkəsi kimi təsdiq edib. Ən fərəhli hal odur ki,  Azərbaycan idmanının inkişafı və uğurları haqqında təkcə biz yox, artıq dünya idman hərəkatının aparıcı xadımləri deyirlər, təsdiq edirlər». Bu fikirləri yap.org.az saytına Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, hazırda idmançılarımız ilk Avropa Oyunlarına böyük əzmlə hazırlaşır. Onun sözlərinə görə, başa vurduğumuz 2014-cü il də  idmançılarımız üçün növbəti uğurlu illərdən biri olub.

«Bütün beynəlxalq çempionatlar və turnirlərdə idmançılarımız 805 medal qazanmışlar ki, bu ondan əvvəlki ilin nəticəsindən 60 medal çoxdur. 2014-cü ilin ən böyük çempionatı Nankində (ÇXR) keçirilən gənclərin olimpiya oyunları idi və gənclərimiz möhtəşəm nəticə göstərdilər. 200 iştirakçı ölkə arasında Azərbaycan komandası 12 medalla (5-qızıl, 6-qümüş, 1-bürünc) 10-cu yerdə qərarlaşdı. Bax budur, bizim uğurlu idman gələcəyimiz. Hazırda isə ölkəmiz ilk Avropa Oyunlarına ciddi şəkildə hazırlaşır. İnanırıq ki, möhtəşəm beynəlxalq idman tədbiri yüksək səviyyədə keçiriləcək və dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq»- deyə, A.Abiyev vurğulayıb.