YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində monitorinq komitəsinin iclası olub. Maltalı deputat Cozef Debano Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri bitdiyi üçün yeni həmməruzəçinin seçkisi keçirilib.
Komitə üzvləri polşalı deputat Tadeuş İvinskini Azərbaycan üzrə həmməruzəçi kimi namizədliyini yekdilliklə dəstəkləyiblər. Yeni həmməruzəçi T.İvinsiki 1994-cü ildən Polşanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədridir.
Xatırladaq ki, həmməruzəçilərin səlahiyyət müddəti beş ildir.