YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin yanvarın 29-da Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan-Türkiyə əlaqələrinin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar. 2015-ci ilin yanvarın 14-15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşlər ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndirilib.
E.Məmmədyarov və M.Cavuşoğlu Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.