YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan təmas xəttində monitorinq zamanı növbəti dəfə təxribata cəhd göstərib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən növbəti monitorinq başa çatıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı Ermənistan yenə təxribata cəhd göstərib. Monitorinqdən əvvəl əldə olunmuş razılaşmaya əsasən, ermənilər təmas xəttinin qarşı tərəfində monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini təyin olunmuş koordinatlara düzgün çıxarmayıblar. Bununla da monitorinqin keçirilmə vaxtı gecikdirilib.
Müəyyən prosedurlar həll edildikdən sonra monitorinqin keçirilməsi mümkün olub.
Lakin monitorinqin başa çatmasına az qalmış Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıdakı mövqelərimizi bir neçə dəfə atəşə tutublar.
Müdafiə Nazirliyi bir daha bildirir ki, beynəlxalq hüququn normalarına və prinsiplərə məhəl qoymayan Ermənistanın təxribat xarakterli bu cür əməlləri artıq sistemli hal alıb. Düşmən tərəfi hər dəfə təmas xəttində vəziyyəti gərginləşdirməklə beynəlxalq təşkilatların normal fəaliyyətinə şərait yaratmır və onların müəyyən edilmiş vəzifələrinin icrasına məqsədyönlü şəkildə mane olurlar.