YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı AŞPA komitəsinin sədr müavini seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü günü qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva yekdilliklə AŞPA komitəsi sədrinin müavini seçilib.
Bu, Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlığın və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək etimadın bariz nümunəsi olduğunu bir daha sübut edir.