YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Əlizadə: Əməyin mühafizəsi məsələsi daim diqqət mərkəzindədir

«Ölkəmizdə əməyin mühafizəsi məsələsi daim diqqət mərkəzindədir. Əməyin mühafizəsi ilə bağlı artıq yeni qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib». Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi  Xidmətinin rəisi Fuad Əlizadə jurnalistlərə açıqlamasında deyib.

F.Əlizadə bildirib  ki, qanun layihəsi bu sahədə vəziyyəti daha da təkmilləşdirməyə xidmət edir. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində əməyin mühafizəsi qaydaları var.

«Əməyin təhlükəsizliyinin qorunmamasına görə 1000 manatdan 2000 manata qədər inzibati  məsuliyyət nəzərdə tutulub. Texniki təhlükəsizlik qaydalarına riayət olunması, fərdi mühafizə vasitələrinin alınması və işçilərin təmin edilməsi işəgötürənlər tərəfindən müəyyən xərc tələb edir. Əlbəttə, bu 2 min manatdan artıq xərcdir. Buna görə də, bir çox işəgötürənlər bir çox hallarda buna riayət etmirlər.Hazırlanan  qanun layihəsində cərimənin məbləğinin artırılması nəzərdə tutulur»- deyə, F.Əlizadə vurğulayıb.