YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd ediblər

Azərbaycan, Türkiyə və Türkmənistanın neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşü nəzərdə tutulub.
Bu barədə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Aşqabadda keçirilən ikinci üçtərəfli görüşünün nəticələrinə dair yanvarın 29-da imzalanan Birgə bəyanatda deyilir.
Xarici işlər nazirlərinin imzaladıqları Birgə bəyanatda bildirilir ki, görüşdə enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub və Türkiyədən keçməklə Xəzər dənizi regionundan Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd edilib. Bununla əlaqədar olaraq, Birgə bəyanatda enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu da vurğulanıb.
Həmçinin qeyd olunub ki, xarici işlər nazirləri ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verirlər. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə” nəqliyyat dəhlizinin yaradılması məsələsinə də baxılıb. Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Xarici işlər nazirləri ticarət-iqtisadi əlaqələr məsələsinə nəzər salaraq, bu sahədə təmasların əhəmiyyətini və bərabər hüquqluluq, qarşılıqlı fayda və bir-birilərinin maraqlarının nəzərə alınması prinsipləri əsasında üç ölkə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd ediblər.
Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri də müzakirə edilib. Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.