YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun iclası keçirilib

Yanvarın 29-da Nyu-York şəhərində üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun iclası keçirilib.
İclasda Azərbaycan nümayəndə heyəti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun nümayəndələri iştirak ediblər.
İclası BMT-nin ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq dünyada mühüm beynəlxalq qurumları bir yerə toplayan yeganə təşəbbüs kimi “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq səviyyədə mədəniyyətlərin və dinlərin dialoquna, etimadın yaranmasına xidmət etdiyini bir daha diqqətə çatdırıblar. Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Forumdan gözləntilər böyükdür və bu qlobal tədbir müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün mehriban birgə yaşama və dialoq mədəniyyətinin inkişafında irəliyə doğru mühüm addım olacaq.
Daha sonra işçi qrup öz işini BMT-nin Sivilizasiyalar Alyansının sözçüsü Nihal Saad və Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin həmsədrliyi ilə davam etdirib. Forumun hər bir tərəfdaş beynəlxalq qurumunun nümayəndəsi təmsil etdikləri təşkilatın təklif və təşəbbüslərini səsləndirib.
İşçi qrupun görüşündə tədbirin yekun proqramının cari ilin fevral ayının 15-nə kimi başa çatdırılması qərara alınıb.