YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: İntellektual gəncliyin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində müsbət dəyişikliklər baş verir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının yaradılması çox vacib hadisədir. Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, intellektual gəncliyin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində müsbət dəyişikliklər baş verir. Onun sözlərinə görə, elmin təbliğində, innovativ koordinasiyada, beynəlxalq əlaqələr istiqamətində gənc alimlərin həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.

«Biz şuranın  fəaliyyətini və nazirliklə əməkdaşlığını yüksək qiymətləndiririk. Eyni zamanda, şura ilə əlaqələrin daha da genişləndirilməsi üçün işlər davam etdiriləcək. Ümumiyyətlə, nazirlik tərəfindən gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlıqlarının qorunması, eləcə də istedadlı gənclərə dövlət qayğısı və gənc ailələrə dövlət yardımı sahəsində mühüm addımlar atılır»- deyə, nazir vurğulayıb.