YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail Prezidenti dünyadakı kütləvi qırğınlar sırasında Xocalı faciəsini də qeyd edib

İsrail Dövlətinin Prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd edib.
Antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söhbət açan Prezident Reuven Rivlin deyib: “Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim, bu assambleyanın soyqırımına qarşı mübarizəsi kifayət qədər təsirli olubmu? Bu mübarizə Bosniyada soyqırımının qarşısının alınması üçün kifayət qədər təsirlimi idi? Xocalıda qətliamın törədilməsinin qarşısının alınmasında təsirlimi idi? Bəs taliban tərəfindən əfqanların öldürülməsinin? Bu mübarizə bu gün Suriyada kifayət qədər təsirlidirmi? Ya da Nigeriyada “Boko Haram” yaraqlılarının törədikləri qırğınların qarşısını almaq üçün kifayət edirmi?”
İsrail Prezidenti belə cinayətlərin baş verməsinin qarşısının alınması üçün daha çox iş görülməsinin zəruriliyini qeyd edib.