YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: 2014-cü ilin yekunları ölkəmiz üçün kifayət qədər uğurlu olub

«2014-cü ilin yekunları ölkəmiz üçün kifayət qədər uğurlu olub. İl ərzində ölkə iqtisadiyyatı artıb, xüsusilə qeyri-neft sektorunun inkişafı yüksək qiymətləndirilməlidir. Bu o deməkdir ki, iqtisadiyyatın diversifikasiyası artıq özünü nəticələrdə göstərməkdədir və hesab edirəm ki, bu göstəricilər ildən-ilə yüksələcək». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, il ərzində uğurlu sosial siyasət həyata keçirilib, sosial proqramların heç biri təxirə salınmayıb. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürüb ki, bu da çox vacib amildir.

«Ötən ilin yekunları ilə bağlı statistik göstəricilər Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr həsr olunan iclasında geniş şəkildə açıqlandığı üçün onları təkrarlamağa ehtiyac duymuram. Onu demək istəyirəm ki, qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət dayanır», deyən S.Novruzovun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı ilə əlaqədar keçirilən konfransda da inkişafı özündə ehtiva edən rəqəmlər açıqlanıb.

«Bütövlükdə, görülən işlər və qarşıda duran vəzifələr bütün hökumət üzvləri ilə birgə müzakirə olundu. Bütün bunlar geniş ictimaiyyətə təqdim olundu. Bunun özü bir nümunədir ki, ictimaiyyət daim ölkədə baş verən hadisələrlə bağlı, gələcək proqnozlarla bağlı məlumatlandırılır. Yəni dövlət xalq qarşısında hesabat verir. O cümlədən, regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası ilə bağlı müntəzəm olaraq ictimaiyyətə hesabat verilir. Hər bir vətəndaş da görür ki, ölkədə gedən proseslər hansı səviyyədədir və bu, necə həyata keçirilir. Bu baxımdan, mən bu tədbirləri çox təqdirəlayiq hesab edirəm. Eyni zamanda, düşünürəm ki, dünyada baş verən maliyyə-iqtisadi böhranına baxmayaraq qarşıdakı dövrdə də ölkəmiz özünün inkişaf tendensiyasını davam etdirəcək. Uğurlu, düşünülmüş iqtisadi siyasət bunu deməyə tam əsas verir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv