YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi və Ədalət və İnkişaf Partiyasının Kayseri rayon Gənclər Qolu arasında "Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı beynəlxalq tədbir keçirilmişdir. Azərbaycan və Türkiyə münasibətləri regional əməkdaşlığa, təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa töhfə verəcək beynəlxalq əhəmiyyətli əlaqələrdir. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi mütəmadi şəkildə AKP-nin regional təşkilatlarının gəncləri ilə əlaqələr yaradır, bir sıra görüşlər keçirir. 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə regionda davamlı sülh yaratmaq üçün öz töhvələrini verdi və bu istiqamətdə işlər davam etdirilir.

Tədbirin məqsədi Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq çərçivəsində hər iki ölkənin iqtidar partiyalarını təmsil edən gənclər arasında fikir mübadiləsi aparmaq üçün bağlantı yaratmaqdır. 

İclasda YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Gənclər Birliyinin İdarə Heyətinin üzvləri və AKP-nin Kayseri Rayon Gənclər Qolunun başqanı  Furkan Şimşək, Gənclər Qolunun İdarə Heyətinin üzvləri iştirak etmişdir.