YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Silahlı Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Tibb Baş İdarəsinin, hərbi tibb fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində birgə təlim toplanışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev iclası açaraq müzakirə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib. O, “Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmaların müalicəsində müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Silahlı Qüvvələrin baş reanimatoloqu, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Vüqar Abdullayevin “Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri” və hərbi tibb fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun “Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası” mövzularında məruzələri dinlənilib.