YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Xüsusi nümayəndəliklər Dağlıq Qarabağ bölgəsinin sürətli inkişafının təmin olunmasına xidmət edəcək

“30 ilə yaxın müddət ərzində işğal altında olmuş və müzəffər Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmiş torpaqlarımız erməni separatçıları və terrorçuları tərəfindən xarabalığa çevrildi, dövlətimizə və xalqımıza məxsus olan tarixi, dini və mədəni abidələr məhv edildi, təbii sərvətlər talandı, həmin ərazilərdə istənilən layiqli yaşayış mümkünsüz edildi”. Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib

Kamran Bayramov bildirib ki, fərqli xüsusiyyətləri olan bu ərazilərdə, təbii ki, işğal səbəbindən heç bir idarəetmədən söz gedə bilməzdi. Hal-hazırda da həmin ərazilərin əksər hissəsi dağılmış vəziyyətdədir, orada bərpa, abadlıq-quruculuq işləri aparılmalıdır, torpaqlara qayıdacaq soydaşlarımızın həyati tələblərinə cavab verən müvafiq infrastruktur yenidən qurulmalıdır. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərin xüsusi vəziyyəti həmin ərazilərdə fərqli və yeni idarəetmə sistemininin təşkilini tələb edir.

“Ərazilərdə layiqli və səmərəli regional siyasətin həyata keçirilməsi, həmin ərazilərin planlaşdırılması üçün dayanıqlı və təkmil idarəetmə sistemi və mexanizmləri qurulmalıdır. Bu baxımdan, cənab Prezidentin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında”  yanvarın 19-da imzaladığı Fərman müstəsna əhəmiyyət kəsb edir. Fərmana əsasən xüsusi nümayəndələrin əsas vəzifələrinə işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu sahədə dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması daxildir. Ölkəmiz üçün yeni bir institut olan xüsusi nümayəndələrin isə cənab Prezidentə birbaşa tabeçiliyi, onu həmin ərazilərdə təmsil etməsi ölkəmizin regional siyasətində yeni idarəetmə modelinin formalaşmasına, bu qurumların səmərəli və faydalı olacağına, Dağlıq Qarabağ bölgəsinin sürətli inkişafının təmin edilməsinə xidmət edəcəkdir”,-deyə deputat qeyd edib.