YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirib.

Bununla bağlı Türk Şurasının Tvitter hesabında edilən paylaşımda deyilir: “Türkdilli ölkələr arasında enerji sahəsində əməkdaşlığı daha da artıracaq hidrokarbonat sahəsinin birgə araşdırılması və inkişaf etdirilməsi məqsədilə qardaş Azərbaycan və Türkmənistan tərəfindən alınan qərar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən məmnuniyyətlə qarşılandı”.