YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Doing Business 2015” hesabatında Azərbaycan ən çox islahat həyata keçirən ilk 10 ölkə sırasındadır

Ötən ili oktyabrın 29-da Dünya Bankının növbəti “Doing Business 2015” hesabatı dərc olunub. Bu hesabatda ölkəmiz ən çox islahat həyata keçirən ilk 10 ölkə sırasındadır. Hesabatda 3 islahat nəzərə alınıb: biznesə başlama, vergilərin ödənişi və əmlakın qeydiyyatı sahələri.
Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.
Nazir müavini qeyd edib ki, həmçinin hesabatın əsas göstəricisi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” indeksi üzrə ölkəmizin göstəricisi 64.08-ə yüksəlib ki, bu da Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin müsbət nəticəsidir.
S.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissələrindən biri də ölkədə sahibkarlığın inkişafı, biznes mühitin daha da yaxşılaşdırılmasıdır. İqtisadiyyat və Sənaye Nazirliyi digər qurumlarla birgə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin maliyyə qurumlarının, beynəlxalq təşkilatların hesabatında obyektiv əks olunması məqsədilə nazirlik həmin təşkilatlarla sıx əməkdaşlıq edir. Bu maliyyə qurumlarından biri də Dünya Bankıdır. Dünya Bankı hər il 189 ölkədə biznes mühitinə dair qiymətləndirmə hesabatı hazırlayır və dərc edir.