YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Gənclər Prezident İlham Əliyevin ətrfında sıx birləşərək dövlətçiliyin inkişafına xidmət edirlər

«Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin aparıcı istiqamətinə çevrilib». Bu fikri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu gün Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanlar yaradılıb. Onun sözlərinə görə, dövlətimiz bu istiqamətdə bütün dəstəyi göstərir.

«Bu gün Heydər Əliyev ideyaları ilə müstəqil həyata qədəm qoyan gənclər Prezident İlham Əliyevin ətrfında sıx birləşərək dövlətçiliyin inkişafına xidmət edirlər. Təsadüfi deyildir ki, gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Dövlətin qayğısından faydalanan gənclər yüksək səviyyədə təhsil alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər vətəndaş olmalıdır ki, gələcəkdə Azərbaycanı daha da inkişaf etdirib irəliyə apara bilsinlər. Eyni zamanda, gənclərin vətənpərvər ruhda böyümələri vacib şərtdir. Sevindirici haldır ki, bu baxımdan da gənclərimizə güvənə bilərik»- deyə, vitse-spiker vurğulayıb.