YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birlik ölkələrinin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

Fevralın 5-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki qərargahından məlumat veriblər.
İclas iştirakçıları MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 3-də Qırğız Respublikasının Oş şəhərində nəzərdə tutulan növbəti iclasının gündəliyinin layihəsini müzakirə edəcəklər. Gözlənildiyinə görə, xarici siyasət idarələrinin başçıları 2014-cü il üçün XİN-lərarası məsləhətləşmələrin planının icrasını təhlil edəcək və xarici sərhədlərdə təhlükəsizliyin möhkəmlənməsi sahəsində əməkdaşlıq proqramı, mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirləri kimi sənədləri nəzərdən keçirəcəklər. Fövqəladə halların qabaqlanması və aradan qaldırılması; ümumtəhsil təşkilatlarının pedaqoji işçilərinin ixtisasının artırılması; MDB iştirakçısı olan ölkələrin ərazisində birgə istintaq-əməliyyat qruplarının yaradılması və fəaliyyəti; Penitensiar Xidmət Başçıları Şurasının yaradılması haqqında sazişlərin və bir sıra digər sanballı sənədlərin ilkin müzakirəsi olacaq.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə MDB Hökumət Başçıları Şurasının mayın 29-da Qazaxıstanın Astana şəhərində keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə təkliflər də təqdim olunacaq.
Bundan əlavə, iclasda 2014-cü ildə Birlik ölkələrinin sənəd layihələrinin razılaşdırılmasına dair ekspert qruplarının iclaslarının yekunları müzakirə olunacaq. MDB İcraiyyə Komitəsi ötən il ekspertlər qrupunun 86 iclasını təşkil edib. Həmin iclaslarda 79 sənəd layihəsi (2013-cü ildə müvafiq olaraq 88 və 70) nəzərdən keçirilib. Qeyd edək ki, Minskdə 54, Moskvada 31, Astanada 1 iclas keçirilib.
Ekspert qruplarının təhlükəsizlik, yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlıq, habelə iqtisadi əməkdaşlıq məsələləri üzrə 30 iclası, humanitar əməkdaşlıq, ümumi siyasi və sosial problemlər üzrə 24, hüquq və maliyyə məsələləri üzrə 1 iclası keçirilib. Razılaşdırılan 60 layihənin 24-ü MDB Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının iclaslarında qəbul edilib.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri ekspert qruplarının iclaslarının təşkili və keçirilməsinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutacaqlar.
Daimi səlahiyyətli nümayəndələr Özbəkistan Respublikası Prezidentinin bu il martın 29-na nəzərdə tutulan seçkiləri üçün MDB məkanından müşahidəçilər missiyasının başçısının namizədliyini razılaşdıracaqlar.