YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarusun iqtisadi əlaqələrinin inkişafına dair müzakirə aparılıb

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Belarus iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Belarus əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, dövlət başçılarının görüşləri zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün tapşırıqlar müəyyənləşdirilib. Hazırda bu tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Belarusun aparıcı şirkətlərinin rəhbərləri ilə aparılan müzakirələr də iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Görüşdə Belarusun "Qrodnopromstroy" ASC, "BelAZ" ASC, "Belarusbank" ASC, "Balkan Advayzer Kompani", "Beleksimqarant" ixrac agentliyinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, azərbaycanlı iş adamları ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib.