YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Milli Məclisin deputatı Cavid Osmanov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Emil Abasov, Göyçay rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov geniş hesabat məruzəsi ilə çıxış edərək, həyata keçirilən islahatlardan, ölkəmizin koronovirusa qarşı mübarizəsindən və şanlı qələbəmizdən bəhs edib. S.Şükürov qeyd edib ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.

 S. Şükürov ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib. S.Şükürov rayon təşkilatının pandemiya dövründə aztəminatlı ailələr üçün keçirilən humanitar, sosial aksiyalardan da  bəhs edib.

Çıxışının sonunda Sahib Şükürov konfrans iştirakçılarını əmin edib ki, YAP Göyçay rayon təşkilatı 2021- ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Cavid Osmanov Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və müzəffər ordumuzun gücü, qüvvəsi, şücaəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi, şanlı zəfərdən bəhs edib.

YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov isə bildirib ki, YAP Göyçay rayon təşkiları həm Milli Məclisə keçirilən seçkilər zamanı, həm pandemiya dövründə, həm də Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Natiq YAP Göyçay rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən YAP Göyçay rayon təşkilatı Qadınlar Şurasının sədri Z.Zeynalova, rayon təşkilatının sədr müavini L.Hacıyeva , təşkilatın Gənclər Birliyinin sədri T.Əhmədov və ilk partiya təşkilat sədrləri görülən işlərdən danışıb, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə YAP Göyçay rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət Planı qəbul edilib, YAP Göyçay rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.