YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin gənclərlə onlayn formatda keçirdiyi növbəti görüşdə sosial şəbəkələrdə, internet platformalarında Azərbaycan həqiqətlərinin daha fəal şəkildə yayılmasında gənclərin rolundan danışılıb.

Millət vəkili bildirib ki, ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir.Qürurverici haldır ki, bu günün gəncləri bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özlərinin əsas vəzifələri hesab edirlər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun tarixi Qələbə qazandığı Vətən müharibəsi dövründə Azərbaycan gəncləri ön cəbhədə olduğu kimi arxa cəbhədə də fəallıqları ilə seçildilər. Onlar müharibədən zərər çəkən ailələrə, ordu sıralarına qoşulmuş gənc əsgərlərin ailələrinə dəstək nümayiş etdirib, informasiya müharibəsində düşmən təxribatlarına qarşı sosial şəbəkələrdə fəal oldular.

Gəncləri Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağıran Naqif Həmzəyev vurğulayıb ki, xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günümüzün tələbidir. Xüsusən, xarici dil bilkləri yüksək olan gənclərimiz bu prosesdə fəal olmalı, Azərbaycan həqiqətləri, tarixi, bu günü, mədəniyyəti, milli-mənəvi dəyərləri barədə xarici internet media qurumlarında, sosial şəbəkələrdə yazılarla, paylaşımlarla, statuslarla çıxış etməlidirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq Qələbəsindən sonra nüfuzlu xarici media qurumlarında Azərbaycan həqiqətləri ilə bağlı yazılarla çıxış etmək olduqca vacib məsələlərdəndir.

Görüşdə eyni zamanda sosial şəbəkələr üzərindən real və həqiqəti əks etdirən faktların, məlumatların paylaşılması, dünya ictimaiyyəitinə çatdırılmasının mümkün yolları müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv