YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib. İclasda komissiya üzvləri ilə yanaşı partiyanın Bakı şəhəri və Abşeron rayonu üzrə təşkilatlarının sədrləri və aparat rəhbərləri iştirak ediblər.

İclasda partiyaya qəbulda keyfiyyət göstəricilərinin əsas prinsipləri müzakirə olunub. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək partiyaya qəbulda keyfiyyətə xüsusi diqqət yetirildiyini deyib. O qəbul prosesində əsas prinsipləri sadalayıb və qeyd edib ki, YAP sıralarına gənclərin qəbulu prioritetdir. Xüsusilə, Heydər Əliyev ideyalarına sadiqlik, Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsi, şəxsin ideya-siyasi hazırlığı, mədəni-əxlaqi keyfiyyətləri və digər vacib amillər YAP sıralarına qəbulda əsas prinsiplərdir.

İclasda  YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü  Seymur Orucov  və digərləri çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildiriblər.