YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının əməkdaşları şəhid Qasımlı Muxtar Əli oğlunun doğum günündə onun ailəsini ziyarət etmiş və ailənin qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, Vətən müharibəsində öz həyatlarını Vətənimiz uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinə göstərdiyi qayğı və diqqət hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

Şəhidin atası Əli Qasımov evlərində yaradılmış xatirə güşəsini YAP Suraxanı rayon təşkilatının nümayəndələrinə təqdim etmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Muxtarın əziz xatirəsini bir daha yad edərək, idman sahəsində qazandığı uğurlardan bəhs etmişdir. Səmimi keçən görüş zamanı təşkilat sədri Vüqar Seyidov şəhidin atası Əli Qasımova təşkilat adından "Anım löhvhəsi" təqdim etmişdir.

 Göstərilən diqqət və qayğıya görə şəhidin atası Əli Qasımov öz minnətdarlığını bildirmişdir.