YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsinin dünyaya tanıdılmasında YAP-ın fəaliyyəti - 29- il

 Aqşin   Bağırov                      

 YAP  Biləsuvar  rayon  təşkilatının  sədr əvəzi 

Öncə  xalqımızın başına gətirilən növbəti  faciə olan  Xocalı soyqırımı qurbanlarının xatirsəi  bu gün təkcə ölkəmizdə deyil, bir çox xarici ölkələrdədə ehtiramla yad edilir. Dünya azərbaycanlıları və ölkəmizin ləyaqətli dostları bu soyqırımın tanıdılmasında böyük əzm və qətiyyət göstərirlər.

Əminik ki, bu faciə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşlarda qalacaqdır. İnsanlıq əleyhinə bu ağır hərbi cinayəti törətmiş şəxslər tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlar. Bu gün Azərbaycan ordusunun Ali Baş Komandanın əmri ilə ərazi bütövlüyümüzü təmin etməsi və böyük zəfərlə bitən Vətən müharibəsindəki  qalibiyyətimiz  buna böyük zəmin yaratmışdır.

Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası funksionerləri və partiyanın hər bir üzvü də istər ölkə daxilində, istərsə də xarici ölkələrdə aparılan kampaniyalarda aktiv iştirak edərək Xocalı faciəsinin daha geniş auditoriyaya çatdırılması işində yaxından iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra, onun  təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanıldı. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonar keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət aldı. Bu sahədə səfirliklərimizin, diasporumuzun və xüsusilə də gənclərimizin, o cümlədən xaricdə təhsil alan tələbələrimizin  əhəmiyyətli  rol oynadığını qeyd etmək olar.

Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri də yaxından iştirak etmişdir. Beləki, 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da  Türkiyənin İstanbul şəhərinin tarixi Taksim meydanın da izdihamlı  yürüş-mitinq  keçirilmişdir.

Qardaş ölkədə 175 mindən çox insan 20 il bundan əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq işinə dəstək vermək üçün İstanbulun mərkəzinə - Taksim meydanına toplaşmışdır. Türkiyə  hələ bu cür  izdihamlı yürüş-mitinq  yaşamamışdı. "Bir millət, iki dövlət – Xocalıya ədalət!" şüarı altında İstanbulun Qalatasaray liseyinin önündən başlayan aksiya Taksim meydanına istiqamət götürdü.

Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı, bir çox ölkələrin dövlət bayraqlarını, Xocalı da qətliam törədənləri və onları dəstəkləyənləri, indiyədək Xocalı soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan  insanlar "Biz hamımız  xocalılıyıq", "Xocalıya  ədalət!", "Bir millət, iki dövlət", "Erməni yalanlarına son!", "Qarabağ bizimdir, bizim də olacaq!", "Erməni cavab  verəcəkdir", "Qəlbimiz də Xocalı", "Azərbaycan  xalqı tək deyil!" və s. şüarları səsləndirirdilər. Bu kampaniyanın iştirakçıları  və  təşkilatçıları sırasında Yeni Azərbayan Partiyasının əsas funksionerləri və gənclər birliyinin yüzlərlə üzvü də iştirak etmişdir.

Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar fevralın 26-da Bakıda partiyamızın sədri Prezident cənab İlham İlham Əliyevin başçılığı altında keçirilən ümumxalq yürüşündə də partiyanın çoxminli üzvləri iştirak etmiş, bu yürüşün məqsəd və məramının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında da yaxından iştirak  etmişdir.  

Hər il Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə partiyanın gənclər birliyi üzvləri  ölkəmizdə  fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərinə, səfirliklərə, beynəlxalq təşkilatların ofislərinə faciəylə bağlı  əyaniin formativi və saytlar , həmçinin müxtəlif xarici ölkələrin senatorlarına, ombudsmanlarına,  dövlət rəsmilərinə virtual şəkildə Xocalı faciəsi  haqqında təqdimatlar, bukletlər  və s. göndərmişdir.

Doğrudur, bir sıra beynəlxalq kütləvi  informasiya vasitələri və beynəlxalq təşkilatların nümayəndələri  bu faktı təsbit etsələr də, dünya ictimaiyyəti uzun müddət bu faciədən bixəbər və ona biganə qalmışdı. Hətta Ermənistan rəhbərliyinin Xocalıda məhz  dinc  əhaliyə divan tutmasını  etiraf  etməsi və buna haqq qazandırması belə dünya ictimaiyyətinin lazımi reaksiyasına səbəb olmamışdı. Bəlkə də, bu biganəliyin nəticəsidir ki, Xocalı soyqırımından bir neçə il sonar  bəşəriyyət dünyanın müxtəlif bölgələrində insanlıq əleyhinə  törədilmiş yeni ağır cinayətlərə  şahidlik  etməli  oldu.

Hörmətli  Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın ildönümləri ərəfəsində xüsusilə intensivləşsə də, əslində bu sıradan olan ayrı-ayrı tədbirlər bütün il boyu təşkil edilir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri, xüsusən gəncləri də təmsil olunurlar.

Yeni Azərbaycan Partiyasının hər bir üzvü Xocalı faciəsinin dünyaya tanıdılmasına öz vətəndaş məsuliyyətini dərindən dərk edir və bu işi öz müqəddəs vəzifəsi kimi yerinə yetirir. Bu faciə hamımızın ağrısıdır və hər bir azərbaycanlı istər  Xocalı  faciəsində, istərsə  də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi  və xoşbəxt  gələcəyi  uğrunda   şəhid  olanların  ruhu qarşısında   məsuliyyət daşıyır.