YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ermənistan 10 noyabr tarixli bəyanatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın edərək təslim aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəaları əsasən yerinə yetirilir. Ancaq Ermənistan hələ Azərbaycan ərazisinin bir hissəsində hərbi qüvvələrinin və burda yaradılmış qeyri-qanuni rejimin saxlanması məqsədilə fəaliyyətini davam etdirir, öz mövqeyini Azərbaycana qarşı yalan, böhtan və saxta məlumatlarla “əsaslandırmağa” çalışır. Ölkəmizi hərbi təcavüz törətməkdə, mülki əhalini hədəfə almaqda, hərbi cinayyətlər və insanlığa qarşı cinayətlər törətməkdə, hərbi əsirləri saxlamaqda ittiham edir. Belə yalan, böhtanla dolu saxta məlumatları Avropa ölkələrinin hakim dairələri arasında və beynəlxalq təşkilatlarda yaymaqla Ermənistanın lobbiçi-təbliğat maşını “Dağlıq Qarabağın” statusunun müəyyən edilməsinin vacibliyi adı altında Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına yönələn yeni kampaniyaya dəstək qazanmağa çalışır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, “Dağlıq Qarabağın statusu”nun müəyyən edilməsi ideyasının dəstəklənməsi Azərbaycan tərəfindən separatçılığa dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcək. Azərbaycan bütün maraqlı tərəfləri 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinə dəstək verməyə çağırır. Ermənistan və onun havadarları bilməlidirlər ki, “Dağlıq Qarabağın” statusu deyilən bir məsələ artıq yoxdur.

Millət vəkilinin sözlərinə görə, Ermənistan 10 noyabr tarixli bəyanatda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməli, o cümlədən Azərbaycan ərazisinə diversiya-terrorçu qruplarını göndərməyi dayandırmalı, hərbi əsirləri, saxlanan şəxsləri və həlak olmuş hərbçilərin cəsədlərini qaytarmaqla bağlı öz öhdəliklərini tam şəkildə yerinə yetirməli, Azərbaycan ərazisində öz hərbi qüvvələrinin saxlanılması və təmin olunması üçün Laçın dəhlizindən istifadə etməyə son qoyulmalıdır: “Laçın dəhlizi ancaq hümanitar məqsədlər üçün istifadə olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə keçirilən görüşdə qeyd etmişdi ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilib. Status –kvo güc yolu ilə, Azərbaycan xalqının əzmi, həmrəyliyi, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilib. Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”.

 

DİGƏR Xəbərlər Arxiv