YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının fəalları Vətən müharibəsinin qazilərini ziyarət edirlər

YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” davamlı aksiyası çərçivəsində Səbail rayonu ərazisində Şəhid ailələrini və Vətən müharibəsinin iştirakçılarını, qazilərini daima xüsusi diqqət mərkəzində saxlayır.

YAP Səbail rayon təşkilatının fəalları Vətən müharibəsinin iştirakçıları – “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunan qazi Əzizov Kamran Telman oğlunu, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalları ilə təltif olunan qazi Polkovnik-leytenant İbrahimov Vüsal Vəkalət oğlunu, “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə təltif olunan qazi Şirinov Vasif Nizami oğlunu, “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə təltif olunan qazi Abdullayev İbrahim Mehman oğlunu və qazi Əhmədov Bəhram Etibar oğlunu evlərində ziyarət etdilər, qazilər və onların ailə üzvləri ilə görüşdülər.

Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi Qarabağ Zəfəri münasibətilə qazilərimizi və onların ailə üzvlərini ürəkdən təbrik edən Milli Məclis nümayəndələri və YAP gəncləri Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək Azərbaycan xalqının Şanlı Qələbəsinin əldə olunmasında töhfələri olan qazilərimizə təşəkkür etdilər, onlara Allahdan şəfalar dilədilər. Qazilərimizin səhhəti və gündəlik qayğıları ilə maraqlanan təşkilat üzvləri Vətən müharibəsinin bütün iştirakçılarının, Şəhid ailələrinin, qazilərimizin daima diqqət mərkəzində saxlanılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər haqqında qazilərə və ailə üzvlərinə məlumat verdilər.

Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə ağır döyüşlərdə iştirak edən qəhrəman qazilərimiz keçdikləri döyüş yolundan, igid Azərbaycan əsgərinin döyüş meydanındakı şücaətindən, mərdliyindən və düşməni məhv edərək qazanılan parlaq qələbədən böyük fəxarətlə danışdılar, ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Ordumuzla qürur duyduqlarını bir daha vurğuladılar.

Qazi İbrahim Abdullayevlə görüşdə qazimizin məzun olduğu 239 saylı orta məktəbin Hərbi rəhbəri Nizaməddin Məsmalıyev də iştirak etdi. Qazimizə maddi dəstək göstərildi.

Səmimi söhbət şəratində keçən görüşlər xoş təəssüratlarla yadda qaldı. Qazilər və ailə üzvləri göstərilən diqqətə görə öz razılıqlarını bildirdilər. Ziyarətlər zamanı qazi ailələrinə ərzaq sovqatları təqdim olundu.