YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib

Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "Xocalı soyqırımını unutmayaq" adlı onlayn videokonfrans keçirilib.

Videokonfransda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Onun sözlərinə görə, Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrlə eyni miqyasa malik olan Xocalı faciəsi mənfur Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi ən böyük terror hadisələrindəndir. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər nəticəsində torpaqlarımız azad edilib. Eyni zamanda,  Xocalı soyqırımı heç bir zaman unudulmamalıdır.

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Məmmədov, təşkilatın şura üzvü İlahə Rzayeva, Xarxar kənd tam orta məktəbinin müəllimi Raifə Musayeva və başqaları XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı və onun baş vermə səbəbələri ilə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, dünya ictimaiyyəti Xocalıda törədilmiş qətliama biganə qalmamalı, bu soyqırımın günahkarları beynəlxalq ədalət qarşısında cavab verməlidir.