YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda birgə tədbir keçiriblər

YAP Ağdaş rayon təşkilatı Gənclər birliyinin təşəbbüsü ilə partiyanın Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” adlı videoformatda tədbir  keçiriblər.

Tədbiri YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli açaraq Xocalı soyqırımı haqqında danışaraq bildirib ki, erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə danışan Teymur Əmirli bu kampaniyanın Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm rol oynadığını qeyd edib. O, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Xocalı faciəsinin qurbanlarının da qisasının alndığını bildirib.

Tədbirdə cıxıs edən YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şirinov Xocalı soyqırımının hər zaman yaddaşlarda qalacağını, faciə qurbanlarının əziz xatirəsinin daim yad ediləcəyini bildirib, həmçinin 44 günlük müharibədən söz açaraq parlaq qələbəmizdən danşıb.

YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi İdarə heyətinin üzvü Pərvin Əhmədov və YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin üzvü Fuad Abdullayev də mövzu ətrafında çıxış ediblər.

Tədbirdə regional əlaqələrin daha da genişləndirilməsi üçün hər iki rayon təşkilatının gəncləri arasında bu cür görüşlərin davamlı olmasının zəruriliyi qeyd olunub.