YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Koreya gəmisi batıb

Cənubi Koreya gəmisi batıb. Cənubi Koreyanın axtarış gəmiləri xilasetmə işlərini davam etdirir. Qeyd edək ki, gəmi ölkənin cənub-qərbindəki sahillərində batıb.

Sərnişinlər arasında Jeju kurort adasına  səyahət edən təxmini 320 nəfər şagird və bir neçə müəllim  olmuşdur. Gəmidə 447 sərnişinin və 27 ekipaj üzvünün olduğu bildirilir.

Cənubi Koreya Təhlükəsizlik xidmətinin verdiyi məlumata görə, hələ ki axtarışlar zamanı 100-dən çox sərnişin xilas edilib. Axtarışlar davam edir və gəminin batma səbəbi araşdırılır.

Hadisə yerli vaxtla 9:00-da baş verib.

 

DİGƏR Xəbərlər Arxiv