YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi Xocalı soyqırımı münasibətilə virtual aksiya keçirdi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi  Xocalı soyqırımı ilə əlaqədar virtual aksiya keçirib.

Aksiya çərçivəsində YAP Gənclər Birliyinin facebook səhifəsində məsafədən və zamandan asılı olmayaraq, hər kəsin Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün “Ana fəryadı” abidəsinin virtual ziyarətini təşkil edib.

Simvolik olaraq hər bir aksiya iştirakçısı Xocalı soyqırımı haqqında fikrini yazıb və qərənfil şəkli yerləşdirib. Bununla da, bir daha Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, növbəti dəfə milli birlik nümayiş etdirilib.