YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

İƏT-in Baş Katibliyinin yaydığı bəyanatda Baş katib Yusif bin Əhməd Osayminin bu dəhşətli qətliamda həlak olanların xatirəsini yad etdiyi bildirilib. Baş Katibik qeyd edir ki, Xocalıda törədilmiş kütləvi qırğın Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasının nəticəsidir. Bununla əlaqədar 2013-cü ildə Qahirədə keçirilmiş İslam ölkələrinin XII Zirvə görüşünün Yekun Bəyannaməsinin 117-ci bəndində və 2020-ci il noyabrın 27-28-də İƏT Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niame şəhərində keçirilən VII sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı 51/47-S saylı qətnamədə Azərbaycanın işğal edilmiş Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən əməllərin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı olduğu vurğulanıb.

Bu ağrılı hadisə ilə əlaqədar Baş katib Xarici İşlər Nazirləri Şurasının Ermənistanla Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət, suverenliyinə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş standartları və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun siyasi yolla həllinə çağıran qərarını təsdiq edib.