YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Türkiyədə istehsal olunan ən müasir silahların Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib

Türkiyə şirkətləri artıq bizim layihələrimizdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.

Bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Dövlətimizin başçısı deyib: “Görüləcək işlərin həcmi çox böyükdür. Ona görə mən artıq bu barədə əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə də dəfələrlə danışmışam. Biz bütün bu işləri birgə görəcəyik və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Xüsusilə nəzərə alsaq ki, inşaatda, ondan sonra infrastruktur işlərində və digər sahələrdə, yenidənqurma sahəsində türk şirkətlərinin çox böyük təcrübəsi var”.

Prezident qeyd edib ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. “Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin etmişdir. Müharibədən sonra da bu təmaslar davam edir. Onu bildirməliyəm ki, yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv