YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsində şəhid olmuş və cənab Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan kiçik gizir Süleymanov Tamerlan Xankişi oğlunun doğum günündə öncə şəhidin məzarını, daha sonra isə ailəsini ziyarət etmiş və ailənin qayğıları ilə maraqlanmışlar.

 Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, Vətən Müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardan biri də Tamerlandır. O bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Tamerlanın əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən Müharibəsi şəhidlərinin simvoluna çevirilmiş "Xarı bülbül" təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalça və "Anım löhvhəsi" təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin qardaşı Suelymanov Ruslan ailə üzvləri adından öz minnətdarlığını bildirmişdir.