YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatının nümayəndələri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində növbəti görüş keçirib

YAP Ağsu rayon təşkilatının nümayəndələri  "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində  Vətən müharibəsinin şəhidləri  Cəfərov Sübhan Mehman oğlu, Nəcəfov Fərid Fərman oğlu, Cavadzadə Şaiq Faiq oğlunun ailə üzvləri ilə görüşüblər. Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı qeyd olunub ki, hər birimiz Vətən müharibəsinin şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır. Şəhid ailələri, qazilərimiz hər zaman dövlətimizin xüsusi diqqət mərkəzindədir.

YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizi ziyarət edərək məzarlarına tər çiçəklər düzüb, ruhlarına dualar ediblər.

Bildirildi ki, şəhid Cəfərov Sübhan Mehman oğlu  1999-cu  ildə  Ağsu  şəhərində anadan olmuşdur.  Oktyabrın 10-da  Suqovuşan  istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 Şəhid Cavadzadə Şaiq Faiq oğlu 1995-cı ildə Ağsu rayonunun Ülgüc kəndində  anadan olmuşdur. Oktyabrın 29-da  Füzulinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə «Vətən uğrunda» medalları ilə təltif olunub.

Şəhid Nəcəfov Fərid Fərman oğlu 2001-ci il mayın 11-də Ağsu şəhərində anadan olmuşdur. Fərid  oktyabrın 17-də  Murovdağın  işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.  

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı, maddi yardım göstərilib.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər və şəhidlərimizin  əziz xatirəsini hər zaman uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, dövlətimizə təşəkkür ediblər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 

DİGƏR Xəbərlər Arxiv