YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid baş leytenant Şahid Əhmədlinin ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış rayonunun Qaracalar kəndindən olan baş leytenant Əhmədli Şahid Gülməmməd oğlunun məzarını ziyarət edərək məzarı önünə gül-çiçək dəstələri düzüblər.

Sonra şəhidin ailəsi ziyarət olunub. Ziyarət zamanı qeyd edilib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Görüşdə şəhidin Vətən Müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub.

Şəhidin atası dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.

Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaq.

DİGƏR Xəbərlər Arxiv