YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri rayon ərazisində yaşayan qaziləri ziyarət etmişlər

Milli Məclisin 30 saylı Suraxanı birinci seçki dairəsindən seçilmiş deputatı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatının nümayəndələri və mətbuat işçiləri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Vətən Müharibəsi qaziləri kapitan Musayev Səddam Fazil oğlu, əsgər (MAHHXHQ) Musayev Hüseyn Fazil oğlu və əsgər Məcidov Məzahir Səxavət oğlunun evlərini ziyarət etmiş, qazilərin qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı qəhrəman qazilərimizin döyüşlər vaxtı göstərdikləri igidliklərdən bəhs olunmuşdur. Sonda göstərilən diqqət və qayğıya görə qazilərimiz öz minnətdarlıqlarını bildirmişlər.