YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tovuz rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir

YAP Tovuz rayon təşkilatının üzvləri  “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir.

Aksiya çərçivəsində Peşə Liseyi ərazi ilk partiya təşkilatının sədri Şahnaz Abbasova partiyanın fəalları Jalə Məmmədova və Cavid Hüseynovla birlikdə Koxanəbi kəndində şəhid Ələkbərov Muraz Məzahir oğlunun və Qaraxanlı kəndində Vəlixanov Rövşən Aydın oğlunun ailələrinə baş çəkiblər.

Rayon təşkilatı Şurasının üzvü Adil Həsənov isə mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Flora Məsiyeva, təşkilatın fəalları Asif Qasımov və Zöhrə Nağıyeva ilə Dönük Qırıqlı kəndində şəhid Sultanov Nural Yaşar oğlunun ailəsini ziyarət ediblər. Görüşlər zamanı ailələrin qayğıları ilə maraqlanılıb və onlara sosial dəstək göstərilib.

Şəhid ailələri dövlətin bu təbəqə ilə bağlı həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv