YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir

«Azərbaycan müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, o deməkdir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan və ümumbəşəri dəyərlərə söykənən müasir, dünyəvi cəmiyyət qurmaq olar. 2015-ci ilin iyununda Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. 2017-ci ildə isə ölkəmiz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu, ümumdünya və sivilizasiyalararası ənənələri, dəyərləri özündə birləşdirən müasir müsəlman ölkəsinin əyani nümunəsidir». Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinə müsahibəsində bildirib.

 

Əli Həsənov qeyd edib ki, bərabərhüquqlu əməkdaşlıq, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici siyasətinin mühüm prinsipləridir. Onun sözlərinə görə, Azərbaycan regionun və dünyanın bütün ölkələri ilə, o cümlədən İsrail ilə məhz bu prinsiplər əsasında əməkdaşlıq edir.

«Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həm Qərb və Şərq ölkələri ilə, həm hə qonşu dövlətlərlə sıx siyasi əlaqələr yaradıb. Neft-qaz və nəqliyyat sahəsində bizim transmilli əməkdaşlığımız regionun və Avropanın enerji xəritəsini dəyişib. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyaya hərtərəfli kömək etmişik və edirik, Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak etmişik. Azərbaycan ilə dünyanın digər ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığa dair xeyli nümunə göstərmək olar»- deyə, Əli Həsənov vurğulayıb.