YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır

«Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, keçirdiyi görüşlər və dünyada baş verən proseslərə münasibəti etdiyi nitq böyük əhəmiyyət daşıyır».  Bu fikri AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ölkə başçısının konfransda iştirakı onu göstərir ki, Azərbaycan Respublikası ümumi Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır, qitənin təhlükəsizliyi ilə bağlı məsələlərlə birbaşa bağlıdır. Onun sözlərinə görə, keçirilən ikitərəfli görüşlər Azərbaycana olan marağın artdığını, ayrı-ayrı dövlətlərin xarici siyasətində ölkəmizin özünəməxsus yer tutduğunu göstərir.

«Cənab Prezidentin nitqi isə həm məzmun əhatəliliyinə, həm də məna dərinliyinə görə fərqlənirdi. Nitqdə qitənin təhlükəsizliyi üçün mövcud olan və potensial təhdidlər, onların aradan qaldırılması və qarşısının alınması yolları, bu məsələlərdə Azərbaycanın rolunun izah edilməsi müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar dünya siyasətində Azərbaycan Respublikası dövlətinin yerinin möhkəmlənməsinin, rolunun və nüfuzunun artmasının göstəricilərindən biridir»- deyə, M.Qasımlı vurğulayıb.