YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astan Şahverdiyev: İnsan hüquqları məsələsindən narahat olanlar torpaqlarından didərgin düşmüş yüzminlərlə azərbaycanlının da haqlarını müdafiə etsinlər

«ABŞ-dakı müəyyən dairələr insan hüquqları məsələlərindən narahatdırsa, Ermənistanın işğal siyasəti nəticəsində  torpaqlarından didərgin düşmüş yüzminlərlə azərbaycanlının da haqlarını müdafiə etsinlər». Bu fikri Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.

A.Şahverdiyev bildirib ki, ABŞ daha çox öz maraqlarından çıxış edir. Onun sözlərinə görə, Azərbaycanda insan haqlarına dair vəziyyətlə əlaqədar qeyri-obyektiv fikirlərin səsləndirilməsi bəzi dairələrin maraqlarına xidmət edir.

«Azərbaycan dövləti  möhkəm sütunlar, sağlam ideologiya üzərində qurulub. Azərbaycanın heç bir dövlətdən də siyasi, iqtisadi və hər hansı bir asılılığı yoxdur. Biz ABŞ-ın daxili işlərinə qarışmadığımız kimi, ABŞ da bizim dövlətçiliyimizə hörmətlə yanaşıb daxili işlərimizə qarışmamalıdır. ABŞ öz problemlərini həll etmək üçün çalışmalıdır. Ancaq biz görürük ki, bu dövlətin dünyaya təlqin etdiyi siyasət xalqlara yalnız bəlalar və fəlakətlər gətirir. Eləcə də, ABŞ Konqresində Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəyə çıxarılması da ciddi bir amil deyil»- deyə, A.Şahverdiyev qeyd edib.