YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ermənistan minalamış ərazilərin xəritəsini verməkdən imtina etməklə bir daha özünün mənfur sifətini göstərir

“Erməni xəyanəti, hiyləgərliyi, düşüncəsi, millətçiliyi nəinki azərbaycanlıların, türklərin, digər xalqların, eləcə özlərinin də başına min bir müsibətlər gətirmişdir. Bu gün Ermənistanda baş alıb gedən qarşıdurmalar, böhran, xaos, qardaşın qardaşa silah qaldırması bunun əyani nümunəsidir. Ən başlıcası uzun illər xalqımızın qanını axıdan və bundan ləzzət alan ermənilər bu gün məğlubdurlar, rəzil vəziyyətdədilər. Onlar qalib Azərbaycan qarşısında əyildilər, sındılar, göz yaşı tökdülər, yalvardılar”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğunun zərbəsini, ordumuzun qüdrətini, xalqımızın birliyinin gücünü gördülər və aciz qalaraq istənilən sənədlərə imza atdılar. Bütün bunlara baxmayaraq, erməni xisləti bütün hallarda, hər yerdə, hər bir hərəkətdə, danışıqda özünü göstərir. Yalvara - yalvara məğlub olduğunu etiraf edən bir ölkənin başbilənləri, siyasətçiləri yenidən revanş götürmək, silahlanmaq, işğaldan azad edilmiş torpaqları geri qaytarmaq fikri ilə bəyanatlar verir, hədə - qorxu gəlirlər. Bunu yalnız ağlı başında olmayan bir xalq söyləyə bilər. Əlbəttə, bu da ermənilərdir. Onlar hansı ordu ilə hansı iqtisadiyyatla, hansı qüvvə ilə bunu edəcəklərini özləridə bilmirlər. Bilməməklə, yalan vədlərə, xülyalara uymaqla bərabər yenə də çirkin əməllərdən, xəyanətdən, təxribatdan əl çəkmirlər.

Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycan torpaqları işğaldan azaddır və insanlarımız həmin ərazilərdə bərpa, geniş quruculuq işləri həyata keçirməkdədirlər: “Bunun üçün ilk olaraq həmin ərazilər minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma torpaqlarımız işğal altında olduğu illərdə erməni faşistləri demək olar ki, hər yeri, hətta hərbi təyinatlı olmayan əraziləri belə minalamışlar. Ermənistan həmin minalamış ərazilərin xəritəsini verməkdən imtina etməklə bir daha özünün mənfur sifətini göstərir. Əlbəttə, bunun özü beynəlxalq normalara zidd və təcavüzkarlığın bir formasıdır. Çünki həmin minalanmış ərazilərdə iş görmək, yol çəkmək, əkin əkmək, hər hansı bir tədbir həyata keçirmək mümkün deyildir. Son illər minlərlə insan bu minaların qurbanına çevrilmiş həyatını itirmiş, şikəst olmuşdur. Ermənilər bundan sonra da insanların məhv edilməsi üçün bu minaları basdırmış və minalanmış ərazilərin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı düşünülmüş sui - qəsd törətmək niyyətində olduqlarını açıq - aşkar nümayiş etdirirlər. Sözsüz ki, Azərbaycan dövləti, ictimaiyyəti buna kəsin münasibətini bildirməyə bilməz. Ancaq beynəlxalq təşkilatlar da bu barədə öz mövqelərini ortaya qoymalı, Ermənistana lazımi təsir göstərməlidirlər”.