YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın Baş prokuroru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Xəbər verildiyi kimi, aprelin 8-də Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Aprelin 9-da Kamran Əliyev və İqor Krasnov Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Bundan sonra hər iki ölkənin Baş prokurorları tərəfindən 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

 

DİGƏR Xəbərlər Arxiv