YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Oruc Cəfərovun ailəsini ziyarət edib

YAP Bərdə rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Cəfərov Oruc Vaqif oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik işğala son qoyuldu. Xalqımız torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini heşç zaman unutmayacaq.

Şəhidin anası Mətanət İsgəndərova oğlu Orucun hərbidəki xidmətlərindən danışıb. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə edib.

Təşkilatın nümayəndələri ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə əsgər Cəfərov Oruc Vaqif oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.