YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Kərimli: Azərbaycanda şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı ən müasir institusional təşəbbüslər əsasında həyata keçirilir

“Azərbaycanda şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı ən müasir institusional təşəbbüslər əsasında həyata keçirilir. Buna nümunə olaraq, Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış “YAŞAT” Fondunu göstərmək olar”. Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

 Azər Kərimli bildirib ki, “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Yarandığı vaxtdan bir neçə ay keçməsinə baxmayaraq, YAŞAT Fondu şəhid ailələrinin, qazilərin, bütövlükdə isə Azərbaycan vətəndaşlarının böyük rəğbətini qazanıb. Azərbaycan dövlətinin öz vətəndaşına olan münasibətini, xalq-dövlət birliyini, xalqımızın yüksək humanizm dəyərlərinin daşıyıcısı olmasını ifadə edən YAŞAT Fondu öz fəaliyyətini yüksək peşəkarlıqla həyata keçirir. Qısa müddət ərzində Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb. Onlar müvafiq təlimlərə cəlb edildikdən sonra ünvanlara baş çəkməyə başlayıblar. Könüllülərin Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələləri ilə birbaşa ünsiyyətdə olması onların qarşılaşdıqları problemlərlə yerində tanış olmağa imkan yaradır ki, bu da obyektiv informasiyalar əsasında hesabatların hazırlanmasına və çevik qərarların verilməsinə imkan yaradır.

 Millət vəkili qeyd edib ki, “YAŞAT” Fonduna könüllü ödəmələr davam edir və bu fakt milli birliyimizin və həmrəyliyimizin nümunəsi kimi çox mühüm əhəmiyyətə və mənəvi dəyərə malikdir. Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi vətəndaşların dövlətə olan etibarını daha da artırır, həmvətənlərimizin ölkəmizdə həyata keçirilən islahatların mahiyyətini daha dərindən bələd olmalarına, bu prosesin tərkib hissəsi kimi çıxış etmələrinə zəmin yaradır”.