YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Bülbülə qəsəbəsinin sakinləri olmuş, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi əsgər Cabarzadə Cavid Qorxmaz oğlunun və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi əsgər Manafov Osman Natiq oğlunun ailələrini ziyarət etmiş, ailələrə təşkilat adından sovqat təqdim etmiş, ailələrin qayğıları ilə maraqlanmışlar.

Hər iki şəhid ailəsi ilə görüş zamanı səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər. Təşkilatın sədri eyni zamanda cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu qeyd etmişdir.

Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına təşəkkür etmişlər.