YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid İlyas Niftəliyevin ailəsini ziyarət edib

12 apreldə YAP Qusar rayon təşkilatının nümayəndələri  Qusar rayonunun Bədirqala kəndində Vətən müharibəsinin şəhidi Niftəliyev İlyas Güloğlan oğlunun ailəsini ziyarət edib.

Qeyd edək ki, 12 aprel tarixi şəhidin ad günüdür. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin atası şəhid ailələrinə və müharibə əllilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki,Azərbaycan Ordusunun XTQ leytenantı İlyas Niftəliyev 12 aprel 1999-cu ildə anadan olmuşdur.Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətlərində göstərdiyi qəhrəmanlıqlara görə şəhid İlyas Niftəliyev "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.