YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir

Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri unuda bilmərik. Biz Ermənistan rəhbərliyi tərəfindən törədilən Xocalı faciəsini və onun günahsız qurbanlarını heç vaxt unuda bilmərik Beləliklə, bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident deyib ki, bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır. Çünki ermənilərin yaşayış məntəqələrində törətdiklərini təxminən bilirdik. Zaman-zaman həmin ərazilərə səfər edə bilən bəzi beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Yeri gəlmişkən, siz yəqin bilirsiniz ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər edən əcnəbilər sizin getdiyiniz ərazilərə səfər etməkdən məhrum edilmişdilər. Onlar keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin ətrafında yerləşən Ağdama, Füzuliyə və digər ərazilərə gedə bilmirdilər.